Azərbaycana tədarük olunan benzinin qiyməti 3 dəfə artdı

Azərbaycana tədarük olunan benzinin qiyməti 3 dəfə artdı

“Tədarükçü şirkətlər cari ilin I rübü ilə müqayisədə, may-aprel aylarında Rusiya benzininin Azərbaycana göndərilməsini üç dəfə artırdılar”.

Cebhe.info xəbər verir ki, bu barədə neft məsələləri üzrə ekspert Zəfər Vəliyev bildirib.

Onun sözlərinə görə, bazar iştirakçılarının verdiyi məlumata görə, tədarük həcmləri əsasən, “Aİ-95” premium markalı benzinin payına düşür:

“Tədarük həcmlərinin bir hissəsi benzin ehtiyatlarının formalaşmasına yönəldiləcək. Aprel-may ayları ərzində “Aİ-95” premium markalı benzinin ümumi tədarük həcmi 14.000 mt təşkil edib. DAP Yalama - Samur təslim şərtində , “Aİ-95” markalı avtomobil benzininin qiyməti, bazar iştirakçılarının qənaətinə görə , Aralıq dənizi kotirovkası (FOB MED Italy) əsasında $50/mt premiya təşkil edib.

Platts nəşrinin "FOB MED Italy" başlığının "Prem Unl 10 ppm" sətri qiymət üzərinə premiya $50/mt əlavə edilir və DAP Yalama qiyməti alınır:

“$287/mt+$50/mt= $337/mt . Bu qiymətin baza hissəsi neftin qiymətinə bağlandığından , hər an dəyişə bilər. Göstərilən DAP Yalama qiymətinə, Yalama - Samur stansiyasından , son çatdırılma məntəqəsinə (Bakı) çatdırılma qiyməti və digər xərclər daxil deyil. Onu da deyim ki, “Aİ-95” premium markalı avtomobil benzininə aylıq təlabat mövsümdən asılı olaraq 4000-5000 tondur”.

Alçina Amilqızı
Cebhe.info

Mənbə: cebhe.info