Bu ölkədə COVID-19 epidemiyası ən çox uşaqlara təsir etdi-8 MİLYON UŞAQ...

Bu ölkədə COVID-19 epidemiyası ən çox uşaqlara təsir etdi-8 MİLYON UŞAQ...

Əfqanıstan Uşaqların Müdafiəsi Agentliyi yeni növ koronavirusun (COVID-19) yayılması səbəbindən 8 milyon 12 min uşağın təcilli qida yardımına ehtiyacı olduğunu açıqlayıb.

Sonxeber.az xəbər verir ki, Əfqanıstan Uşaq Qoruma Agentliyinin sözçüsü Məryəm Atai, Əfqanıstanın uşaqlar üçün çox yaxşı bir ölkə olmadığını söyləyib.

Uşaqların təhsilsiz, işsiz və aclıq kimi bir çox problemlərlə mübarizə apardığını deyən Atai, bu problemlərin COVID-19 epidemiyasının başlaması ilə daha da artdığını bildirib.

Atai uşaqların problemlərini həll etmək üçün dövlət və özəl qurumların yetərli olmadığını vurğulayıb.

Koronavirus epidemiyasının əsasən əfqan uşaqlarına təsir etdiyini deyən Atai, "Ölkədəki 6 milyon uşağın təcili qida yardımına ehtiyacı olduğu halda, koronavirus epidemiyasının yayılması ilə bu say 8 milyon 12 minə çatıb", -deyə söyləyib.

Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) açıqladığı son hesabata görə, 2019-cu ildə 3,149 uşaq terror hadisələri səbəbindən həyatını itirib.

F.Ağayeva


Sonxeber.az Telegramda izləyin
 

Mənbə: sonxeber.az