Sumqayıtın məşhur marketlərində pozuntular aşkarlandı: digər marketlər da var

Sumqayıtın məşhur marketlərində pozuntular aşkarlandı: digər marketlər da var

Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədi ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə və qida məhsullarının ticarəti ilə məşğul olan sahibkarlıq subyektlərində reydlər davam etdirilir.

Xeberle.com xəbər verir ki, AQTA əməkdaşları tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyekti, ərzaq satışı mağazalarında reydlər keçirilib. Sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.

Reyd keçirilən obyektlərdə Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb.

Sumqayıt şəhərində daha çox uyğunsuzluqlar aşkar edilən ictimai iaşə və ərzaq mağazaları isə bunlardır:"Ramiz”, "Pioner”, "Abbas”, "Ağabala” "Ordubad",

"Sərfəli”, "Məhlə” və "Taleh”

Qeyd edək ki, AQTA Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektləri və ərzaq mağazalarında yoxlama-nəzarət tədbirlərini bundan sonra da davam etdirəcək və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.

Mənbə: xeberle.com