Virusdan ölməsələr, xoş günlər görəcəklər - Dünyanın bütün yarışları yenə Bakıda olacaq

Virusdan ölməsələr, xoş günlər görəcəklər - Dünyanın bütün yarışları yenə Bakıda olacaq

Analitiklərin proqnozuna görə, karbohidrogen hasilatına qoyulan investisiyaların azalması qiymətlərin bu cür yüksəlməsinə səbəb olacaq.

Neft qiymətləri ilin başlanğıcındakı çətinliklərdən sonra yüksələrək bir barel üçün 100 dolları keçə, 2025-ci ilə qədər isə hətta 150 dollara qalxa bilər.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri analitiklərə istinadən bildirib.

Onların proqnozuna görə, karbohidrogen hasilatına qoyulan investisiyaların azalması qiymətlərin bu cür yüksəlməsinə səbəb olacaq.

"Bu cür maliyyə təzyiqi əhəmiyyətli olacaq. Bəzi istehsalçılara hasilatı reallaşdırmaq həqiqətən çətin olacaq", - "Northern Trace Capital" şirkətinin investisiya direktoru Trevor Vuds qeyd edib.

Apreldə Amerikanın "ExxonMobil" neft şirkəti bəyan edib ki, xammal qiymətlərinin aşağı olması səbəbindən kapital xərclərini 30 faiz, istismar xərclərini isə 15 faiz azaldacaq. Britaniyanın BP şirkəti isə aprelin 1-də proqnozlaşdırılan kapital xərclərinin dörddə birini ixtisar edib.

Neftin ən yüksək qiyməti – bir barel üçün 148.93 dollar – 2008-ci ilin iyununda qeydə alınıb.

Mənbə: sputnik.az