Ünvanlı dövlət sosial yardımı alanların təhsil haqqının yarısı dövlət hesabına ödəniləcək

Ünvanlı dövlət sosial yardımı alanların təhsil haqqının yarısı dövlət hesabına ödəniləcək

Ünvanlı dövlət sosial yardımı alanların, hər iki valideyni (tək valideyni olduqda həmin şəxs) və ya qanuni nümayəndələri I və II dərəcə əlilliyi olan şəxslər, işsiz kimi qeydiyyatda olan tələbələrin təhsil haqqı xərclərinin yarısı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.

AZƏRTAC xəbər verir ki, bunu 2020-2021-ci tədris ili üzrə peşə təhsil pilləsinə tələbə qəbulunun başlanması ilə bağlı mətbuat konfransında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Pərviz Yusifov deyib.

O bildirib ki, yaşa görə əmək pensiyaçıları və yaşa görə sosial müavinət alanların da təhsil haqqının yarısı dövlət büdcəsi hesabına olacaq.

Xatırladaq ki, bu gün peşə təhsili müəssisələrinə sənəd qəbuluna start verilib. Sənəd qəbulu avqustun 24-dək elektron qaydada http://qebul.vet.edu.az/ həyata keçiriləcək. Müsabiqənin nəticələri avqustun 25-də açıqlanacaq. Qəbul olunan namizədlərin qeydiyyatdan keçdikləri mobil nömrələrə SMS gələcək.

Mənbə: azertag.az