Xalq artisti və iş adamı Emin Ağalarov dünya şöhrətli pop ulduz Nikol Şerzingerlə görüşüb.
Bizim.Media xəbər verir ki, Nikol ilə İngiltərədə bir araya gələn Emin onunla çəkdiyi fotosunu sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Ağalarov tezliklə Şerzingerlə yeni layihəsini təqdim edəcəyini bildirib:
“Növbəti sinqlimdə duet ortağım olacaq super ulduz Nikol Şerzingerlə əla axşam. O, gözəl olduğu qədər də qeyri-adi istedadlıdır. Hamınız bu mahnını gözləyirsiniz”.
Rəşad Əliyev, Bizim.Media
Mənbə: bizim.media