Rusiyada və MDB ölkələrində məşhurlaşan azərbaycanlı bloqer Hüseyn Həsənov evinin təmiri ilə bağlı bütün əşyaları satışa çıxarıb.
Bizim.Media xəbər verir ki, ev əşyalarını lotereya şəklində bloqer sosial şəbəkə vasitəsi ilə izləyicilərinə satıb.
Həsənov satışdan əldə etdiyi pulu xeyriyyə işlərinə xərcləyəcəyini açıqlayıb. Hüseyn bildirib ki, 5 lotereyada alıcılar qutuların içində hansı əşyaların olduğundan bixəbər olub.
Bloqer 1 milyon rubl (təxminən 17 min manat) dəyərində olan lotereyada 3,5 milyonluq (təxminən 60 min manat) divan, 300 min rubl (təxminən 5100 manat) dəyərindəki səsgücləndirici aparat olduğunu diqqətə çatdırıb. Bütün əşyalarını satdıqdan sonra Həsənov “Moscow City”dəki lüks mənzilindən köçərək, təmirə başladığını söyləyib.
Mənbə: bizim.media