“Virus məni evdar edib“ - Eldardan maraqlı ETİRAF

“Virus məni evdar edib“ - Eldardan maraqlı  ETİRAF

“Virusun mövcudluğuna ilk gündən inanmışam. Çevrəmdə bir çox insan bu virusa yoluxub. Gün keçdikcə yoluxanların sayı da artır. Evdən çölə çıxmıram, heç kimlə ünsiyyət qurmuram, zərurət olmadan evdən çıxmıram”.

Yenisabah.az xəbər verir ki, bu sözləri Moderator.az-a müsahibə verən müğənni Eldar Qasımov deyib.

Sənətçi virusun gündəlik həyatına təsir etdiyini bildirib:

“Valideynlərimlə uzun müddətdir ki, görüşmürəm. Onlar yaşlı insanlardır. Nəsə lazım olduqda aparıb qapının qulpuna asıram və zəng edib götürmələrini söyləyirəm.

Maska taxmaqla, özümüzü qorumaqla birinci özümüzü, sonra ətrafımızdakı insanları qorumuş olarıq. Bu insanın özünün özünə hörmət etməsi deməkdir. Biz sağlam dünyada yaşamaq üçün birləşib bir ideya ətrafında özümümzü bir müddətlik hər şeydən təcrid etməliyik.

Yeni dünyanın qaydaları məni evdar edib (gülür). Çalışıram işlərimi evdən idarə edim. Evimə də gələnlər tibbi arayışla gəlməlidir ki, onların sağlam olduğuna inanım. Təbii ki, zarafat edirəm. Bir az gözləmək lazımdı. Mümkün qədər çalışıram ki, işlərimi təxirə salım. Başımı qatmağa çalışıram. Bilmirdim enerjini hara yönəldim. Nəticədə isə dibçək qablar, dekorasiya hazırlayıram”.

Mənbə: yenisabah.az