ABŞ-nin Çikaqo ştatının 104 yaşlı sakini Doroti Hoffner paraşütlə tullanan ən yaşlı qadın olub.
“Qafqazinfo” xəbər verir ki, o, Çikaqodan təxminən 140 kilometr cənub-qərbdə, Ottavada mükəmməl bir uğura imza ataraq Ginnesin Rekordlar Kitabına düşüb.
“Yaş sadəcə bir rəqəmdir”, - deyə qadın öz təəssüratlarını bölüşüb.
104 yaşlı qadın havada əyləncəli anlar yaşadığını bildirib.
Mənbə: qafqazinfo.az