Amerikalı rejissor və aktyor Mel Gibson "Məsihin Dirilməsi" (The Resurrection of the Christ) filminin ssenarisi üzərində işləyərkən ssenarist Rendall Uollesə diqqətçəkən xəbərdarlıq etdiyini açıqlayıb.
Uolles bu barədə "Arroyo Grande" podkastında danışıb.
Onun sözlərinə görə, Gibson layihənin yalnız mənəvi məqsədlərlə həyata keçirildiyini vurğulayıb və daha sonra belə deyib: "Başa düşürsən ki, Şeytan sənin ardınca gələcək."
Bildirilib ki, Mel Gibson, Rendall Uolles və Donald Gibson filmin ssenarisi üzərində 6-8 il işləyiblər. Layihənin genişmiqyaslı olması səbəbindən ekran əsərinin iki hissədən ibarət olması qərara alınıb.
"Məsihin Dirilməsi: I hissə"nin 6 may 2027-ci ildə, "Məsihin Dirilməsi: II hissə"nin isə 25 may 2028-ci ildə nümayişə çıxacağı gözlənilir.
Mel Gibson bildirib ki, bu film onun həyatının ən vacib layihəsidir və onu sadəcə kino deyil, uzun illərdir yerinə yetirməyə çalışdığı bir missiya hesab edir.
Mənbə: bizim.media