Aktrisa Ülviyyə Xəlilbəyli keçmiş həyat yoldaşı və həmkarı Murad İsmayılla ayrılığı barədə ilk dəfə ətraflı danışıb.
Sənətçi Nail Naiboğlunun “YouTube” kanalında yayımlanan müsahibəsində münasibətləri, ayrılıq səbəbləri və şəxsi həyatı ilə bağlı açıqlamalar verib.
Ülviyyə Xəlilbəyli bildirib ki, nişanlı olduğu dövrdə münasibətlərinin ictimailəşməsini istəməyib və bunu gizli saxlamağa çalışıb. Onun sözlərinə görə, sosial şəbəkədə paylaşım etməsə də, evdə çəkilən şəxsi fotoları qısa müddətdə yayılıb və həmin görüntülərin necə yayıldığını bu günədək bilməyib.
Aktrisa ayrılıq səbəbi ilə bağlı da fikirlərini bölüşüb. O, bürclərinin uyğun gəlmədiyini qeyd edərək, “Şir bürcü ilə Əkizlər heç vaxt tutmur” deyə bildirib.
Ülviyyə Xəlilbəyli haqqında yayılan xəbərlərin bir çoxunun həqiqəti əks etdirmədiyini vurğulayıb. O, emosional insan olduğunu, bəyəndiyi statusları paylaşdığını, lakin həmin paylaşımların xəbər mövzusuna çevriləcəyini düşünmədiyini deyib.
Aktrisa bir müddət sonra özü haqqında yazılan xəbərləri oxumaqdan yorulduğunu da etiraf edib. Bununla belə, media nümayəndələrini qınamadığını bildirib.
Murad İsmayılla münasibətlərinə toxunan sənətçi qeyd edib ki, övladlarının xatirinə aralarında normal ünsiyyət qorunur:
“Biz dostuq. Uşaqlarım mənimlə qalır. İstədikləri zaman ataları ilə görüşə və birlikdə harasa gedə bilərlər”.
Ülviyyə Xəlilbəylinin açıqlamaları sosial şəbəkələrdə maraqla qarşılanıb.(milli.az)
Mənbə: publika.az