Müğənni Nigar Camal keçirdiyi qəza səbəbindən təcili əməliyyat olunduğunu açıqlayıb.
Sənətçi bu barədə sosial şəbəkə hesabında paylaşım edərək evdə xəsarət aldığını və hazırda bərpa mərhələsində olduğunu bildirib.
Nigar Camal vəziyyətinin nəzarət altında olduğunu qeyd edərək, ona operativ yardım göstərən Təcili Tibbi Yardım əməkdaşlarına, əməliyyatı həyata keçirən həkimlərə və bütün tibb personalına təşəkkürünü ifadə edib.
Səhhətində yaranan problem səbəbindən ifaçı iyulun 31-nə planlaşdırılan konsertinin də təxirə salındığını bildirib. Onun sözlərinə görə, tədbirin yeni tarixi yaxın vaxtlarda açıqlanacaq.
Müğənni əlavə edib ki, reabilitasiya prosesi başa çatana qədər digər planlaşdırılan tədbirlərdə də iştirak edə bilməyəcək. O, sonda hər kəsi sağlamlığına diqqət yetirməyə və ehtiyatlı olmağa çağırıb.

Mənbə: news.milli.az