“Azərbaycan Kinematoqrafçılar İttifaqının yubileyinə gedirəm. Yoldaşlar xahiş etdi, mən də dözmədim. Yeriməkdə çətinlik çəkirəm”.
Bunu uzun müddətdir müxtəlif xəstəliklərdən əziyyət çəkən Xalq artisti, rejissor Əbdül Mahmudov deyib.
O, bildirib ki, xeyli müddətdir ki, ev şəraitində müalicəsini davam etdirir:
“Moskvaya müayinəyə getmişdim. Baxdılar, yazdılar, pozdular. Prostatdan əməliyyatı vacib bildilər. İnşallah sentyabrda əməliyyat olunacam. Əsas xəstəliyim qocalıqdır. Qocalmağımla əlaqəli hər şey qarışıb bir-birinə. Həyatım kimi xəstəliyim də fərqlidir. 4-5 xəstəlik aşkar olunub. Birinin müalicəsi o birinə zərər verir. Həkimlər sağ olsunlar, çalışırlar. Xəstəliyim bronxdur, prostatdır, mədə-bağırsaqdır.... Görək də Allah kərimdir”, - deyə o, qeyd edib.
Surxay Atakişiyev, Bizim.Media
Mənbə: bizim.media