Polad Bülbüloğlu üçüncü dəfə evləndi - Foto

Polad Bülbüloğlu üçüncü dəfə evləndi -

Uzun illər Azərbaycanın mədəniyyət naziri vəzifəsində çalışmış, ölkəmizin Rusiyadakı keçmiş səfiri, Milli Məclisin 81 yaşlı deputatı Polad Bülbüloğlunun ailə həyatı ilə bağlı yeni məlumat yayılıb.

Gununsesi.info-ya istinadən xəbər verilir ki, 81 yaşlı Polad Bülbüloğlu 1997-ci ildə nikaha girdiyi Gülnarə Şıxəliyevadan boşanıb.

Ancaq deputatın subaylığı uzun çəkməyib və o, başqa bir xanımla ailə həyatı qurub. Bildirilir ki, Polad Bülbüloğlu yeni həyat yoldaşı ilə bu yaxınlarda Qəbələdə keçirilən musiqi festivalında iştirak edib.

Festifaldan sonra isə Bülbüloğlu yeni xanımı ilə Bodruma istirahətə yollanıb.

Məsələ ilə bağlı Polad Bülbüloğlunun özündən açıqlama almaq cəhdləri isə nəticəsiz qalıb.
Deputat zəngləri və mesajları cavabsız qoyub.

Qeyd edək ki, Polad Bülbüloğlunun ilk evliliyi Ukrayna və Rusiya opera müğənnisi, SSRİ Xalq artisti Bela Rudenko ilə olub. Onun böyük oğlu Teymur Məmmədov bu evlilikdən doğulub.

Mənbə: qafqazinfo.az