Məscidə dua etməyə gedən Əkbər Əlizadə cərimələndi - FOTO

Məscidə dua etməyə gedən Əkbər Əlizadə cərimələndi -

Aktyor, televiziya aparıcısı, Əməkdar artist Əkbər Əlizadə ibadət üçün məscidə gedən zaman cərimələnib.

Bu barədə o, sosial şəbəkə hesabında yazıb.

“Bibiheybət məscidinə gəlib, dua etməklə cərimə olundum. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) maşınlarını çəpəki (diaqonal) saxlayanlara cərimə yazır. Diqqətli olun. AYNA, Camaatın narazılıqlarını nəzərə alın”, - aktyor bildirib.

Məsələ ilə bağlı AYNA-nın mətbuat katibi Tural Orucov bildirdi ki, aidiyyəti üzrə müraciət edilməlidir:

“Cərimə bizə aid deyil”. (Bakupost.az)

Bizim.Media

Mənbə: bizim.media