Ölüm xəbəri yayılan müğənni üsyan etdi

Ölüm xəbəri yayılan müğənni üsyan etdi

İnfarkt keçirərək öldüyü iddia edilən türkiyəli müğənni Emel Sayın haqqında çıxan xəbərlərə üsyan edib.

Axşam.az xəbər verir ki, bu barədə 75 yaşlı müğənni İnstaqramda açıqlama yayıb:

"Gördüyünüz kimi yaxşıyam, xəbərlər doğru deyil. Niyə belə şaiyələr çıxır anlamıram. Allah ağıl versin. Nə olar bunu heç kimə etməyin" söyləyib.

Mənbə: axsam.az