Vəfa Şərifova: "Bakıda maşın sürəndə kəmər taxmıram" - VİDEO

Vəfa Şərifova: "Bakıda maşın sürəndə kəmər taxmıram" -

Müğənni Vəfa Şərifova son paylaşımı ilə diqqətləri üzərinə cəmləyib.

Bizim.Media xəbər verir ki, rəfiqəsi ilə avtomobildə yol gedən sənətçi bildirib ki, özü sükan arxasına əyləşərkən heç zaman təhlükəsizlik kəmərini bağlamır.

Şərifova həmiçinin vurğulayıb ki, "Gelandewagen" markalı avtomobil aldıqdan sonra təhlükəsizlik kəmərini taxacaq.

Həmin anları isə Vəfa çəkərək sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.

Sözügedən görüntüləri sizə təqdim edirik:

Rəşad Əliyev, Bizim.Media

Mənbə: bizim.media