Sabir Rüstəmxanlı Musa Yaqubdan yazdı: Təskinliyimiz...

Sabir Rüstəmxanlı Musa Yaqubdan yazdı: Təskinliyimiz...

Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı bu gün vəfat edən xalq şairi Musa Yaqubla bağlı Feysbuk hesabında paylaşım edib.

Kult.az mətni təqdim edir:

“Ədəbiyyatımıza ağır itki üz vermişdir. Azərbaycanın Xalq şairi, keçmiş millət vəkili, görkəmli ictimai xadim, sözü və əməli ilə daim haqq yolunda olan, əziz dostumuz Musa Yaqub bu fani dünyanı tərk edərək əbədiyyətə qovuşmuşdur. Bir neçə gün sonra ad gününü qeyd edəcəkdik. Yarım əsrlik bir yolda yanaşı yürüdüyüm əqidədaşın, böyük söz ustasının, qeyrətli vətəndaşın gözəl insanın itkisi çox ağırdır. Təskinliyimiz Musa Yaqubun ölməz sözü və daim canlı olacaq xatirəsidir... Əlvida, əziz qardaş!”

Mənbə: axar.az