Heyvanları öldürənləri tənqid etdi

Heyvanları öldürənləri tənqid etdi

Jurnal çəkilişi üçün kamera qarşısına keçən aktrisa Eda Ece açıqlaması ilə diqqət çəkib.

101.az xəbər verir ki, aktrisa dəb xətrinə heyvanların öldürülməsinin əngəllənməsini istəyib.

O, kürk geyinən insanları bu əməllərindən çəkinməyə çağırıb:

"Ovçuluq mənim üçün idman deyil, cinayətdir. Qiymətli heyvan növlərini öldürmək və şəkil çəkdirmək prestij deyil, təbiətə xəyanətdir. Çox istərdim ki, ovçuluq ölkəmizdə qadağan edilərək dünyaya nümunə olsun. Kürk geyinmək əvvəllər dəb elementi idi, bu gün isə alçaldıcıdır".

Qeyd edək ki, hazırda Eda "Yasak elma" serialında Yıldız obrazını canlandırır.

101.az (axşam az)

 

Mənbə: 101.az