Rihanna malikanəsini satır - ŞOK QİYMƏT

Rihanna malikanəsini satır - ŞOK QİYMƏT

Məşhur müğənni Rihanna Hollivuddakı malikanəsini satışa çıxarıb.

Bizim.Media xarici mediaya istinadən xəbər verir ki, sənətçi villanı 2017-ci ildə alsa da, uzun müddətdir ki, orada yaşamayıb. Son illər müğənninin evi kirayə də verilib.

662 kvadratmetrlik ərazisi olan malikanədə altı yataq, iki qonaq, səkkiz vanna otağı, kinoteatr zalı və hovuz var.

Mülkün satış qiyməti isə 7,8 milyon dollardır (təxminən 13 milyon 260 min manat).

Mənbə: bizim.media