Sinqapurda cütlük toyunu KFC-də etdi - Fotolar

Sinqapurda cütlük toyunu KFC-də etdi - Fotolar

Sinqapurda cütlük toyunu KFC restoranında edib.

Gəlinin sözlərinə görə, bu, onun çoxdankı arzusu olub, çünki o, qızardılmış toyuq həvəskarıdır.

32 yaşlı Hizer Vonqu sevindirən “fast food” şəbəkəsi nəinki onun toyunu təmin etməyə razılıq verib, həm də qonaqların yeməklərinin yarısına sponsorluq etməyi təklif edib. Restoran cütlük üçün “qızardılmış toyuq buketi” də hazırlayıb.

Bəy və gəlin sosial şəbəkədə tanış olduqlarını, ilk görüşlərinin KFC-də olduğunu bildiriblər. Hizer əlavə edib ki, dostları toyun harada keçiriləcəyini biləndə şoka düşüb.

Toyun cütlüyə təxminən 2000 dollara başa gəldiyi, lakin məbləğin böyük hissəsinin “fast food” restoranı tərəfindən ödənildiyi bildirilib.



Mənbə: qafqazinfo.az