Xəyanət iddiaları ilə gündəm olan cütlükdən ilk açıqlama

Xəyanət iddiaları ilə gündəm olan cütlükdən ilk açıqlama

Son zamanlar sosial şəbəkədə Kənan İmirzalıoğlunun Sinem Kobala xəyanət etməsi ilə bağlı şayiələr çox yayılıb.

İddialardan sonra birlikdə görüntülənən cütlük yayılan xəbərlərə son nöqtəni qoyub.

“Siz bunu ciddi qəbul etmədiniz, elə deyilmi? Ona görə də insanların yaddaşını çirkləndirməyə ehtiyac yoxdur. Dəli quyuya daş atır, biz o quyuya düşməyəcəyik, dostlar.

Bu xəbərin haradan gəldiyini bilən var? Tanımadığımız birinin iddiasını necə diqqətə ala bilərik? Siz həqiqəti bilirsiniz. Ona görə bizdən soruşmayın”- deyə İmirzalıoğlu jurnalistlərə açıqlamasında deyib.

Mənbə: teleqraf.com