Bakıda FIA həftəsi başladı - Fotolar

Bakıda FIA həftəsi başladı - Fotolar

Bu gündən Azərbaycanda FIA həftəsi başlayıb.

“Qafqazinfo” xəbər verir ki, dekabrın 8-nədək paytaxtımızda FIA Baş Assambleyalarının iclasları və Mükakatlandırma mərasimi (FIA Prize-Giving Ceremony) keçiriləcək.

Bu, avtomobil idmanı sahəsində ilin ən gözlənilən tədbirlərdən biri hesab edilir.

Bakı artıq beynəlxalq tədbirin qonaqlarını qəbul etməkdədir. FIA-nın paytaxtımızdakı tədbirlərinə 128 ölkədən nümayəndə və avtomobil klublarının təmsilçiləri gələcək.




Mənbə: qafqazinfo.az