Hasan Candan evlilik açıqlaması

Hasan Candan evlilik açıqlaması

Məşhur aparıcı Hasan Can Sinan Özedincik və Merve Yurtyapanın təqdimatı ilə yayımlanan "Biz Bizə" verilişinin qonağı olub.

Aparıcı həm "Konuşanlar" verilişi, həm də şəxsi həyatı barədə açıqlamalar verib. Verilişində etdiyi zarafatlardan danışan məşhur gülüş ustası bildirib ki, insanları incitmədən güldürməyə çalışır.

"Verilişdə çox şey deyirsən, sənə heç kim əsəbiləşmir. İntellektual zarafat edəndə bunu bilərək edirsən, qarşındakını gərginləşdirən bir şey demirsən. Mən söyüşlə zarafatı populyarlaşdırmış ola bilərdim, amma nəyisə aşağılayaraq zarafat etməyə nifrət edirəm. Mən sadəcə olaraq ziddiyyətləri vurğulayıram", - Hasan Can vurğulayıb.

Evlilikdən danışan məşhur hələ buna hazır olmadığını da vurğulayıb:

"Uşaqları çox sevirəm, uşaq sahibi olmaq istəyirəm. Mənim yaxşı gedən ciddi münasibətlərim oldu, amma peşəmə bağlı olduğum və çox çalışdığımdan dolayı evlənmədiyim üçün bitdi. Onların heç biri mənim zəngin və ya məşhur olmağımı gözləmirdi, hamısının gözləntisi mənimlə ailə həyatı qurmaq idi. Tənha adam oldum, amma tənhalıq hiss etmirəm. Subay adamam, kiminləsə yaxalansam arxasında dayanacam, amma gözə də soxmaq istəmərəm. Lüks bir avtomobilim olması xəbəri yayıldı və bu, məni narahat etdi. Məxfiliyi sevən bir insanam".

Mənbə: publika.az