“”TikTok” qeyri-ciddi, əxlaqsızlığı təbliğ edən platformadır. Kim edib bunu? Biz, özümüzünkülər, oradakı Azərbaycan qızlarıdır da”.
Bu sözləri aparıcı Rövşanə Ağasəfqızı qonaq olduğu “Tarixin bir günü” verilişində deyib.
Rövşanə “TikTok” sosial şəbəkə platformasını mənəvi terror adlandıraraq tənqid edib:
“Müğənnilər ”TikTok”a normal mahnılarını qoysalar, nə olar? “Facebook” bu gün ən ciddi platformaya çevrilib. Nə üçün “TikTok” deyirik? “TikTok”u biabırçı hala çevirən özümüzünkülərdir. Baxanda xəcalət çəkirəm: bağırırlar, bir jetona görə nələr edirlər. Hüquq-mühafizə orqanları bununla ciddi məşğul olmalıdır. Bu, mənəvi terror, zorakılıqdır”.
Mənbə: bizim.media