Hollivud ulduzu Ancelina Coli “WSJ. Magazine” nəşrinə müsahibə verib.
O, karyerasını birdəfəlik bitirmək və Los-Ancelesi tərk etmək istəyi haqda danışıb.
Aktrisa qeyd edib ki, Kambocada daha çox vaxt keçirmək istəyir.
Coli eks-əri Bred Pittlə illərlə davam edən boşanma prosesi səbəbindən səyahət etmək fürsətini əldən verdiyini diqqətə çatdırıb.
Hollivud ulduzu etiraf edib ki, karyerasına bu gün başlasaydı, heç vaxt aktrisa olmazdı.
Aktrisanın sözlərinə görə, o, Asiyadakı evində komfortlu yaşamaq üçün ora mümkün qədər tez köçmək istəyir, lakin bu, boşanma prosesisinin bitməsindən sonra alınacaq.
Coli, həmçinin “Malefisenta”nın üçüncü hissəsində rol aldığını açıqlayıb.
Mənbə: qafqazinfo.az