Emin Ağalarovdan Yeni İl hədiyyəsi - VİDEO

Emin Ağalarovdan Yeni İl hədiyyəsi - VİDEO

Xalq artisti, tanınmış iş adamı Emin Ağalarov Yeni İl ərəfəsində "44" adlı yeni albomunu təqdim edərək dinləyicilərini sevindirib.

Bu barədə sənətçi "İnstagram"da məlumat paylaşıb.

O, bildirib ki, alboma sadacə solo ifaları deyil, həm də Rusiya estradasının parlaq simaları ilə oxuduğu duetləri də daxildir:

"Bu albomda yayımlanmayan çoxlu duet mahnılar var. Hətta çox bəyəndiyim, tamamilə yeniləri də var. Yeni albom yeni bir musiqi fəslidir. Duet yazdığımız bütün sənətçilərə, bütün müəlliflərə və səs prodüserlərinə təşəkkür edirəm. Tezliklə hər mahnı haqqında ayrı-ayrılıqda danışacam, amma hələlik bütün rəqəmsal platformalarda dinləyək", - ulduz postda yazıb.

Qeyd edək ki, 44 rəqəminin seçilməsi təsadüfi deyil. Belə ki, 12 Dekabrda ulduzun 44 yaşı tamam olacaq.

 

Mənbə: publika.az