Nigar Zümrüd və Ayanın CAVABINI VERDİ: “Adımı dilinizə gətirəndə...” - VİDEO

Nigar Zümrüd və Ayanın CAVABINI VERDİ: “Adımı dilinizə gətirəndə...” -

Əməkdar artist Nigar Şabanova aparıcı Zümrüd Bədəlova ilə aralarında yaşanan küsülülüyün pərdəarxası məqəmlarından söz açıb.

Bizim.Media xəbər verir ki, sənətçi qonaq olduğu “Tarixin bir günü” verilişində Zümrüdün uzun müddətdən sonra onun şəxsi həyatını (Nigar Şabanovanın hərbiçi həyat yoldaşından boşanması - red.) müzakirəyə çıxarılmasına etiraz edib.

“Bu söhbətlərin üzərindən artıq bir il yarım vaxt keçib. Bu mövzudan sonra dəfələrlə Zümrüd Bədəlovanın verilişinə getmişəm, amma o, məndən inciməyini deməyib. Bir qadın əgər bir qadından incidiyi, küsdüyünü deyə bilmirsə, ... Zümrüdə hörmətim var. Mən Zümrüdlə rəfiqə münasibətində deyiləm. Onun verilişində gözəl söhbətlər etmişik, elə o söhbətlər orada da qalıb. Kənarda bizim münasibətimiz olmayıb. Zümrüdün məndən küsməyinin səbəbi onun verilişində deyil, digər başqa bir verilişdə həyat yoldaşımdan boşandığım haqda açıqlamam olub. Onun verilişinə getmişdim və baş verən bu məsələ ilə bağlı əlim ayağım əsirdi reklam vaxtı göz yaşımı silib efirə qayıdanda gülüb, mahnımı oxuyurdum.

Bunu Zümrüd gördü və reklam fasiləsində məndən niyə ağladığımı soruşdu. Mən də ona baş verən hadisəni danışdım.

Zümrüddən xahiş etdim ki, danışdıqlarımı efirdə deməsin. O da elə də etdi. Sonra mən sosial şəbəkə hesabımda keçmiş həyat yoldaşımla olan bütün şəkillərimi sildim, boşanma və ayrılıq xəbərləri yayıldı. Sonra Vüsalə Əlizadənin verilişinə çıxdım. O, mənə sözügedən məsələ ilə bağlı sual verdi. Mən qısa olaraq “Bəli, amma bu haqda danışmaq istəmirəm” dedim və danışmadım da... İl yarımdan sonra oturub-oturub Nigarın həyatı yadına düşdü? Sən axı mənim özəl həyatımı niyə reytinqə bağlayırsan və reklama gətirirsən? Görün bu söhbətin üstündən nə qədər zaman keçib.

Mən önəmsəmədiyim üçün də heç bir şey yazmadım. Mənə hansısa sənətkar söz desə, mən sənətkara özümü döğrultmaq üçün cavab verərəm. Mənim özəl həyatımı heç kimin ixtiyarı yoxdur yenidən gündəmə gətirsin. İllər keçdikdən sonra sən yalnız mənim sənətimdən danışa bilərsən.
Sizin qarşınızda uşaq yoxdur. Adı və sənəti bəlli olan xanım var. Bundan sonra adımı dilinizə gətirəndə bir zəhmət “Bismillah” deyin. Mən danışsam çox şey danışaram. Bundan sonra heç bir şey deməyəcəyəm sadəcə hərəkətə keçəcəyəm. Mənə boş-boş danışmaq yaraşmaz”, - deyə Nigar vurğulayıb.

Proqramın gedişatında Tarix Əliyevin (Tolik) “Müğənni Ayan Babakişiyeva qonaq olduğu verilişlərin birində səni tanımayıb” sözlərinə Nigarın cavabı belə olub:

“Bununla bağlı cavab vermək istəsəydim, sosial şəbəkədə nələrsə paylaşardım və yazardım. Birincisi “bu qız yox” (Ayan Babakişiyeva verilişdə Nigar Şabanovanın adını elə çəkmişdi)... Mən heç kimə o ixtiyarı vermirəm ki, mənə belə müraciət etsin. Siz mənə yalnız xanım deyə müraciət edə bilərsiniz”.

Mənbə: bizim.media