Alim Qasımovun köməkçisi: "O sözləri Alim müəllim yazmayıb!"

Alim Qasımovun köməkçisi: "O sözləri Alim müəllim yazmayıb!"<span class="qirmizi"></span>

Xalq artisti Alim Qasımov müğənni Kərim Abbasovun boşanan xanımlarla bağlı söylədiyi qalmaqallı fikirlərə münasibət bildirib.

BAKU.WS xəbər verir ki, muğam ustadı "show_news" instaqram hesabında Kərimin ünvanına “Sənin canın üçün, kişinin xanımı qaçmaz sənin kimilərdən” sözlərini yazıb.

Sözügedən yazı ilə bğlı Alim Qasımovla əlaqə saxlamağa çalışdıq. Sənətçinin köməkçisi Səadət xanım saytımıza açıqlamasında o sözləri Alim Qasımovun yazmadığını bildirib:

"O sözləri Alim müəllim yazmayıb! Onun instaqram səhifəsini başqa adam idarə edir. Alim müəlllim ümumiyyətlə instaqramdan istifadə etmir. Onun yerinə səhifəni başqası idarə edir. Səhifə idarəçisi bilməyərəkdən həmin xəbərə Ali müəllimin instaqram hesabından rəy yazıb".

Xatırladaq ki, Kərim Abbasov “MTV maqazin”ə açıqlamasında gender bərabərliyini pozan açıqlama vermişdi. Azərbaycan Audiovizual Şurası sözügedən fikirlərə görə MTV kanalı xəbərdarlıq olunmuşdu.

Zöhrə PənahiBAKU.WS

Mənbə: baku.ws