Lisey və gimnaziyalara qəbul nəticələri açıqlanıb

2022-2023-cü tədris ili üzrə mərkəzləşdirilmiş qaydada həyata keçirilən lisey və gimnaziyalara qəbul prosesinin nəticələri elan olunub.

Təhsil Nazirliyindən "Report"a verilən məlumata görə, nəticələrlə şagirdlərin elektron yerdəyişmə portalında (https://sy.edu.az) şəxsi kabinetə daxil olaraq tanış olmaq mümkündür.

Valideynlər iyulun 15-dək şagirdlərin qəbul olduğu lisey, yaxud gimnaziyanı şəxsi kabinetdə videotəlimatda qeyd olunduğu kimi təsdiqləməlidir. Həmin tarixədək uğurlu nəticə göstərən şagirdlərin nəticələri valideynlər tərəfindən təsdiqlənmədiyi halda ləğv ediləcək. Lisey, yaxud gimnaziyaya qəbul olan və valideynlər tərəfindən təsdiq edilən şagirdlərin sorğuları sistem açılan zaman avtomatik yaradılacaq və avqust ayında sənəd qəbulu həyata keçiriləcək.

Qeyd edək ki, 10499 şagird lisey və gimnaziya seçimi mərhələsində iştirak edib.

 

Report.az

ƏVVƏLKİ XƏBƏR

Nazilə Səfərli Kəlbəcərdə - VİDEO

SONRAKI XƏBƏR

Bakıda dənizdə 7 yaşlı qız nənəsinin gözləri qarşısında boğulub