“Alimentsiz boşandığım üçün peşmanam” - Müğənnidən şok etiraf

“Alimentsiz boşandığım üçün peşmanam” - Müğənnidən şok etiraf<span class="qirmizi"></span>

"Aliment alan qadınları çox uğurlu hesab edirəm. Bir qadın olaraq alimentsiz boşandığım üçün peşmanam. Uşaqsız aliment alan dostlarım da var. Bunun necə baş verdiyini anlamıram, halal olsun".

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bu sözləri tanınmış türk müğənni Gülben Ergen televiziya verilişlərinin birində deyib.

Bir dönəm sənətçi Mustafa Ərdoğanla ailəli olan Gülben Ergenin bu evlilikdən 3 övladı var. Verilişdə keçmiş həyat yoldaşından aliment alıb-almadığını soruşan aparıcıya müğənninin cavabı belə olub:

"Evliliyimiz sevgi üzərində qurulmuşdu. Sevgi bitəndə evlilik də bitdi. Biz pulun P hərfindən belə danışmadıq. İndiki aliment rəqəmləri məni çox təəccübləndirir. Uşaqlarımın atası məktəb pulunu ödəyir. Bu, aliment deyil, mənim əlimə dəyməyən puldur".

 

Mənbə: news.milli.az