Tünzalə Ağayeva Amerikada - VİDEO

Tünzalə Ağayeva Amerikada -

Xalq artisti Tünzalə Ağayeva Amerika Birləşmiş Ştatlarına yollanıb.

Buna səbəb işgüzar səfərdir. Pop ulduz 20 gün ərzində müxtəlif rəsmi görüşlərdə, mədəniyyət mərkəzlərinin, təhsil ocaqlarının qonağı olub onların musiqiçiləri ilə yaxından tanış olub fikir mübadiləsi aparacaq.

Sevilən müğənni ilk olaraq Vaşınqtona gedib. Maraqlı anlar yaşayan estrada ulduzu şəhər gəzintisindən lentə alınan görüntülərini şəxsi “İnstagram” hesabında paylaşıb.

Sənətçi “Parlament binası”nı, Vaşinqtonun küçələrini göstərib.

Ağayeva paylaşımına “Vaşinqtonda günəşli gün” rəyini yazıb.

Mənbə: bizim.media