Əməkdar artist, “Bakılı oğlanlar”, “KVN” teatrının aktyoru Bəhram Bağırzadə küçə heyvanları üçün qurulmuş yuvanın ətrafını zibilləyən insanlardan danışıb.
Sosial şəbəkə hesabında bu barədə video paylaşan aktyor məsələyə sarkazmla yanaşıb:
“Məstan, sabahın xeyir, yekə oğlansan, dedin, mənim üçün ev tik, tikdim. Dedin, ağac ək, əkdim, yemək al, dedin, onu da aldım. Bəs bu siqaret nədir?! Bu qədər siqaret çəkərlər? Utanmırsan? Çəkirsənsə, heç olmasa, külqabıya at, tökmüsən buralara, olmaz axı”.
Mənbə: yenisabah.az