Bir çox kişi sərnişinlər özlərini xəstəliyə vurur ki, onlara yaxınlaşım və... - MARAQLI

Bir çox kişi sərnişinlər özlərini xəstəliyə vurur ki, onlara yaxınlaşım və... - MARAQLI<span class="qirmizi"></span>

Təyyarələrdə sərnişinlərin stüardessalara verdiyi ən cəfəng suallar...

"Stüardessa kişi sərnişinlərinin təyyarə salonunda onunla eşq macərası yaşamağa cəhd göstərdikləri hallarından danışıb..."

"Bir çox kişi sərnişinlər özlərini xəstəliyə vurur ki, onlara yaxınlaşım, bəziləri telefon nömrələrini salfetə yazır və ya uçuşdan sonra sosial şəbəkələrdə məni axtarıb tapır..."

"Stüardessalarda seksuallıq damğası var və onların mütləq "tənha və gözəl" olduqları barədə steteotiplər hələ də qalmaqdadır..."

Sosial şəbəkələrdə Braziliyadan olan populyar stüardessa nə zamansa sərnişinlərin ona verdikləri ən qəribə suallardan, habelə kişilərin təyyarə salonunda onunla eşq macərası yaşamağa cəhd göstərdikləri hallarından danışıb.

Moderator.az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri yazıb.

Ehtimal ki, siz də başqalarının ictimai yerlərdə səfeh suallarına gülməkdən özünüzü güclə saxladığınız hallar olub. Son iki ildə Çikaqoda işləyən Braziliyanın Rio-de-Janeyro şəhərindən olan 34 yaşlı stüardessa Cessika Layons iş yerində üzləşdiyi qəribə sullardan danışıb, həmçinin stüardessaları yüngül xasiyyətli hesab edən kişi sərnişinlərdən şikayətlənib.

"Biz daimi olaraq müxtəlif qəribə suallarla üzləşirik, - Cessika "Dayli Mail" nəşrinə müsahibəsində deyib. - İnsanlar məndən soruşur ki, "pəncərəni açmaq olarmı, körpə üçün südü qızdırmaq olarmı, haradan şirniyyat əldə etmək olar, həmçinin, şəxsi tualetim varmı". O, həmçinin sərnişinlərdən "təyyarənin kabinasına keçmək olarmı", "əlavə yemək porsiyası gətirə bilərsinizmi" sualları ilə də üzləşib.

"Onlar məndən hətta birinci sinifdə gördükləri "boş yerə keçib əyləşmək olarmı" sualını da verib, - Cessika deyir. - Amma ən sevimli sualım "Mən harada siqaret çəkə bilərəm" sualıdır. Mən də, adətən, "hava limanının hüdudlarından kənara çıxan kimi" cavabını verirəm.

Stüardessa sərnişinlərə izah etməli olur ki, əksəriyyət təyyarələrdə ayrıca ayaqyolları olmur, açıq pəncərə salonun hermetikliyini pozar, təhlükəsizlik qaydaları təyyarədə od yandırmağı, siqaret çəkilməsindən belə söhbət gedirsə, qadağan edir.

"Biz indi tamamilə başqa ssenari üzrə yaşayırıq"

Cessika Layons həmçinin danışıb ki, bir çox kişi sərnişinlər özlərini xəstəliyə vurur ki, onlara yaxınlaşım, bəziləri öz telefon nömrələrini salfetlərə yazır və ya onu uçuşdan sonra sosial şəbəkələrdə axtarıb tapırlar.

"Sərnişinlər tez-tez məni görüşlərə dəvət edir, çünki stüardessaların "seksuallıq" damğası var, bəziləri indiyə kimi bizləri belə təsəvvür edir, - o, deyir və izah edir ki, kişilərin salonda bu cür davranışı 1950-ci illərdə formalaşan belə stereotiplə bağlıdır ki, stüardessalar mütləq "tənha və gözəl" olmalıdır".

"İndi biz tamamilə başqa ssenari üzrə yaşayırıq, bizdə istənilən cinsdə, yaşda, çəkidə, dərisinin rəngində və milliyyətində steardessalarımız var. Təlim zamanı diqqəti təhlükəsizlik və fövqəladə vəziyyətlərdə davranış qaydalarına diqqət yetiririk", - Cessika vurğulayıb.

Lakin kişi sərnişinlər qəribə inadkardır. "Bəziləri məni sosial şəbəkələrdə tapır və ərdə olub-olmadığımı soruşur. Belə sms-ləri ərimə göstərirəm və birlikdə gülürük, - Cessika bölüşür. - Bilirsiniz ki, stüardessalarda yumor hissi əladır və bu, bizə uzun gündüz və gecəkərə tab gətirməyə kömək edir".

Müsahibənin sonunda Layons əlavə edib ki, stüardessa olmağın o qədər də pis olduğunu düşünməyə dəyməz, axı, hər bir peşənin müsbət cəhətləri də az deyil. Onun sözlərinə görə, sərnişinlərin əksəriyyəti əziz insanlardır və bəzən olur ki, onlar uçuş heyətinə, məsələn, şokolad və ya "Strabucks" kuponları hədiyyə edir, həmçinin "çaypulu" saxlayırlar.

Mənbə: moderator.az