Dilarə Əliyevanın qardaşı dəhşətli qəzadan danışdı: Travmatologiyadayam... - FOTO

Saray qəsəbəsi yaxınlığında baş verən dəhşətli qəza ilə bağlı bəzi təfərrüatlar məlum olub.

Milli.Az xəbər verir ki, tanınmış prodüsser oqtay Əliyevin həyatını itirdiyi, xanımı Dilarə Əliyevanın və xalq artisti Mehriban Zəkinin xəsarət aldığı qəza ilə bağlı konkret.az-a danışan dublyaj aktyoru Vüsal Murtuzəliyev Dilarə Əliyevanın vəziyyətinin normal olduğunu bildirib: "Mən hazırda xalq artisti Mehriban Zəkinin yanında, Travmatologiyadayam. Ona görə də digər tərəfdən tam xəbərim yoxdur. Mehriban Zəkini tək qoymamaq üçün onun yanına gəldim. Hazırda Mehriban xanımı müayinə edirlər, ağrıları var".

Qeyd edək ki, Vüsal Murtuzəliyev qəzada xəsarət alan aktrisa Dilarə Əliyevanın qardaşıdır.

Milli.Az

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Qaxdan olan şəhid ailəsi "Qarabağ"-"Qalatasaray" oyununa dəvət olunub

SONRAKI XƏBƏR

Litva ruslar üçün vətəndaşlıq müraciətlərini dayandırır