Moskva bazar günü müğənni Natalya Vlasovanın avtomobilinə atəş açıblar. Deyilənlərə görə, müğənni ona dəyən zərəri 250 min rubl qiymətləndirir.
SİA-nın əldə etdiyi məlumata görə, bunu TASS-a müğənninin PR direktoru Andrey Karpov deyib.
Onun sözlərinə görə, sənətçi artıq hüquq-mühafizə orqanlarına müraciət edib. Agentliyin həmsöhbəti qeyd edib ki, Vlasova bu gün səhər konsertdən qayıdıb və avtomobilində beş güllə izi görüb.
Bunu kimin etdiyi məlum deyil.
Nazlı Almuradova
Mənbə: sia.az