Tanınmış aktyor təcili tibbi yardımda vəfat etdi - FOTO

Məşhur aktyor Köksal Engür vəfat edib.

BAKU.WS türk mediasına istinadən xəbər verir ki, ötən gün səhhəti pisləşən Köksal onun üçün çağırılan təcili tibbi yardım maşınında dünyasını dəyişib. Engür Göztepe Medikal Park xəstəxanasına çatdırılanda artıq onun orqanizminin funksiyasının dayandırdığı məlum olub.

Bu barədə aktyorun yaxın dostu Cengiz Bozkurt məlumat yayıb. 76 yaşlı Engürün uzun müddətdir böyrək çatışmazlığından əziyyət çəkdiyi bildirilib.

Aktyor bu gün Karacaahmet qəbirstanlığında torpağa tapşırılacaq.

Xatırladaq ki, Köksal Engür sonuncu dəfə "Leyla ile Mecnun" serialının 4-cü mövsümündə rol almışdı.

Baku.ws

ƏVVƏLKİ XƏBƏR

Laçın-Xankəndi yolundakı aksiya 106 gündür davam edir

SONRAKI XƏBƏR

SEPAH-ın məxfi yığıncağı: Orduda daxili toqquşma var - Şok