"Oqtay güclü olduğumu bilib getdi"

"Oqtay güclü olduğumu bilib getdi"<span class="qirmizi"></span>

"Sonuncu dəfə nə vaxt bu qədər ağlayıb, kədərlənmişəm xatırlamıram. Oqtay həmişə deyib-gülən idi. Fikirləşirəm ki, ruhu bizi izləyib pis olur ki, niyə ağlayırsız, nə yasxana qurmusuz?".

OLAY yazır ki, bu sözləri "Xəbər-ətər" proqramında aktyor Vüsal Murtuzəliyev yol-nəqliyyat hadisəsi zamanı həlak olan SOY prodakşının rəhbəri Oqtay Əliyev haqda deyib.

O, mərhumun xanımı, bacısı Əməkdar artist Dilarə Əliyevanın vəziyyətindən də söz açıb:

"Dilarənin və doğmalarının vəziyyətini gördüz. Dilarə çox güclüdür. Hər gün yanındayıq. Bir söz dedi. Söylədi ki, Oqtay güclü olduğumu bilib getdi. Yəni ona tam inanıb, güvənib.

Oqtay istər televiziyada, istərsə də şəxsi həyatında böyük iş qurdu, töhvə verdi. Özümüzü ələ almalıyıq. Çox çətindir. Amma Oqtayın ruhu şad olsun deyə özümüzü toparlamalıyıq. Biz hamımız çöksək, iş görməsək, onun ruhu inciyər. Doğmalarının, ruhunun xatirinə hər şeyi öz yoluna qoymalıyıq. Onun kimi olmayacaq. Çünki ideyaları, kreativliyi aşıb-daşırdı. Dilarə də ondan çox şey öyrənib. İşləri davam edəcək".

 

 

 

 

 

Mənbə: big.az