Yeni vəzifəyə TƏYİN OLUNAN Xalq artisti: “Dedi-qodu bekarçılıqdan yaranır”

Yeni vəzifəyə TƏYİN OLUNAN Xalq artisti: “Dedi-qodu bekarçılıqdan yaranır”<span class="qirmizi"></span>

“İş olan yerdə söz-söhbət olmur…”

Bu sözləri “Son illər Mingəçevir Dövlət Dram Teatrının adı daha çox qalmaqallarda hallanır, yeni təyinat bu qalmaqalların qarşısını alacaqmı?” sualını cavablandırarkən Mingəçevir Dövlət Dram Teatrında quruluşçu rejissor kimi fəaliyyətə başlayan Xalq artisti, tanınmış aktyor Valeh Kərimov Yenicag.az-a açıqlamasında deyib.

Xalq artisti dedi-qoduların bekarçılıqdan qaynaqlandığını bildirib:

“İş olan yerdə söz-söhbət olmur. Dedi-qodu, qalmaqal, intriqa bekarçılıqdan yaranır… Başımız işə və yeni tamaşaların hazırlığına qarışıb”.

Rejissor sözügedən teatrda həm rejissor kimi, həm də aktyor kimi fəaliyyət göstərəcəyini bildirib:

“Artıq ilk işimizi tamaşaçıların ixtiyarına verdik. Dramaturq Əli Əmirlinin “Varlı qadın” tamaşasına quruluş verdim, eyni zamanda da tamaşada aktyor kimi rol aldım. Mingəçevir Teatrında çox istedadlı aktyorlar var, inşallah ki, birlikdə gözəl tamaşalarla tamaşaçıları salamlayacağıq. Qarşıda daha bir tamaşanın təqdimatını planlaşdırırıq”.

Qeyd edək ki, son illər Mingəçevir Dövlət Dram Teatrında tez-tez kadr dəyişikliyi olur. Teatrın adı yaradıcılıqdan daha çox qalmaqal, dedi-qodu və intriqalarla hallanır.

Cəvahir

Mənbə: yenicag.az