Kənan MM nazirliyə müraciət etdi - Böyrəyimi satıram

Kənan MM nazirliyə müraciət etdi -<span class="qirmizi"> Böyrəyimi satıram</span>

Kinorejissor, aktyor Kənan MM (Mahmudov) böyrəyini satdığını bildirib.

Lent.az-ın xəbərinə görə, o öz sosial şəbəkə hesabında paylaşım edərək, mədəniyyət nazirinə müraciət edərək, film çəkmək üçün böyrəyini satdığını bildirib.

“Hörmətli, mədəniyyət naziri, böyrəyimi satıram. Film çəkəcəm. Qarabağın azadlığı haqqında. Sizdən pul istəmirəm. Sadəcə orda birdən tanıdıqlarınızdan kiməsə böyrək lazım olar. Bu arada içmirəm, çəkmirəm, mal təmiz maldır”,- deyə o bildirib.

Mənbə: lent.az