Final bölümünün vaxtı məlum oldu

Final bölümünün vaxtı məlum oldu<span class="qirmizi"></span>

"Fox" TV-də yayımlanan "Yasak Elma" serialının final bölümünün vaxtı dəyişdirilib.

OLAY yazır ki, ekran işinin 177-ci bölümü bu axşam deyil, iyunun 5-i yayımlanacaq.

Bunun səbəbi hələlik açıqlanmayıb. Ancaq məlumatlara görə, serialın böyük finalında İsmail Demirci, məşhur model Buse İskenderoğlu və Batuhan Aydar da yer alıblar.

Qeyd edək ki, layihədə Şevval Sam, Eda Ece, Biran Damla Yılmaz baş rol ifaçılarıdır.

 

 

Mənbə: big.az