Tolik blogerlərin saxtakarlığını ÜZƏ ÇIXARDI: “Yalançı reklamlarla sizi aldadırlar” - VİDEO

Tolik blogerlərin saxtakarlığını ÜZƏ ÇIXARDI: “Yalançı reklamlarla sizi aldadırlar” -

Aparıcı və prodüser Tarix Əliyev (Tolik) blogerləri ifşa edib. 

Tolik blogerlərin hiylə ilə reklam qazanmasının pərdəarxası məqamları ilə bağlı sosial şəbəkə hesabında videoaçıqlama paylaşıb. 

O bildirib ki, bir sıra məşhur blogerlər sosial şəbəkə vasitəsi ilə saxtakarlıq edirlər:  

“Bir neçə məşhur bloger saxtakarlıqla məşğul olurlar. Bunların gizli “smm” xidmətləri var. Misal üçün, siz onlara reklam verirsiniz. Onlar reklamı paylaşdıqdan sonra həmin müştəriyə və ya mağazaya çox sayda zənglər gəlir və ya hansısa gün üçün sifarişlər olunur. Həmin gün gəldikdə isə mağaza sifarişi etmək üçün onlarla əlaqə saxlayanda məsələn deyirlər ki, toylarımız ləvğ olundu və ya başqa bir mal aldıq. Bunun adı aldadılmaqdır ki, insanlar hər hansısa bir blogerə reklam verəndən sonra zənglər gəlir. Onlarda elə düşünürlər ki, bloger paylaşım etdiyi üçün onlara reklam və ya müştəri gəlir. Bu yalançı piardır. Bu yaxınlarda həmin blogerlərin adlarını açıqlayacağam”. 

Rəşad Əliyev
 

Mənbə: bizim.media