Serenayın qısa yubkada rəqsi gecəyə DAMĞA VURDU - VİDEO

Serenayın qısa yubkada rəqsi gecəyə DAMĞA VURDU - <span class="qirmizi">VİDEO</span>

Aktrisa Serenay Sarıkaya baş rolu canlandırdığı "Alisa" musiqili tamaşasının son oyunu ilə bağlı təşkil edilən gecədə rəqsi ilə diqqət çəkib.

Publika.az xəbər verir ki, Enis Arıkan, Merve Dizdar, İbrahim Səlim, Ezgi Mola və başqalarının oynadığı tamaşa dünən sonuncu dəfə nümayiş olunub. Bununla əlaqədar olaraq aktyorlar tamaşadan sonra kluba gedərək əylənib.

Gecəyə "MuiMui" markasının bəyaz mayka və qısa qırçınlı ətəyində gələn Serenay həmkarları ilə doyunca rəqs edib. Aktrisanın rəqsi qısa müddətdə sosial şəbəkələrdə yayılıb və böyük maraq doğurub.

Your browser doesn't support video.
Please download the file:

Qeyd edək ki, bu, 30 yaşlı aktrisanın gündəm olan ilk rəqsi deyil. Bundan əvvəl də bir neçə dəfə Serenay cəlbedici rəqsi ilə diqqətləri öz üzərinə toplamışdı.

 

Mənbə: publika.az