"Ata ocağı" final edir

"Ata ocağı" final edir<span class="qirmizi"></span>

Xəzər TV-də yayımlanan "Ata ocağı" serialı bu il final edir.

OLAY-ın əldə etdiyi məlumata görə, 6 sezondur yayımlanan layihənin bu gün sonuncu səhnələri çəkiləcək.

Psixoloji dram janrında olan ekran işi 2017-ci ildən yayımlanırdı. Serial həftəiçi 5 gün ekrana gəlirdi.

Serialda baş rolları Xalq artistləri Həmidə Ömərova və Qurban İsmayılov canlandırırdı.

Bundan başqa ekran işində Xalq artistləri Şamil Süleymanov, Vidadi Həsənov, Əməkdar artistlər Mehriban Xanlarova, Sənubər İsgəndərli, Kəmalə Müzəffər, Rasim Cəfər və başqaları oynayıb.

Ötən sezonlarda serialda Elman Rəfiyev, Xatirə Süleymanova, Elşən Hacıbabayev, Kamil Nazim, Tural Əhməd, Elçin Məmmədli, Aysel Nasir, Fidan Bayram, Ləman Mərrih, Natavan Abbaslı, Türkay Cəfərli, Asya Atakişiyeva, Aydan Ağazadə, Sanura Cəfərova, Şəms Allahverdiyeva, Kənan Yusifov, Yasin Həzirə, Cavidan Kəsəmənli, Corc Qafarov, Fəridə Şahbazova və başqaları da yer alıb.

Serialın rejissoru Rüfət Şahbazov, baş ssenaristi Valeh Əhmədov, kreativ prodüseri isə Amiran Babayevdir.

 

 

 

 

 

Mənbə: big.az