Azərbaycanlı müğənnidən SƏRT AÇIQLAMA: “Yaxşıları əzdilər, biri narkoman oldu, o biri…”

Azərbaycanlı müğənnidən SƏRT AÇIQLAMA: “Yaxşıları əzdilər, biri narkoman oldu, o biri…”<span class="qirmizi"></span>

“Düz bir il musiqidən uzaqlaşdım, gedib Tehranda yaşadım. Sənət camsində tanıdığım yaxşı musiqiçilər var idi, biri küsdü getdi, digəri narkoman oldu. Zamanında bizi çox əzdilər. Yaxşı müğənniləri sındırırsız-sındırırsız, axırda da deyirsiz tənbəldir, niyə görünmür”.

Yenicag.az xəbər verir bu sözləri müğənni Vüsal Hacıyev efirdə səsləndirib.

Sənətçi sənəti olan musiqiçilərin reklamının zəif olduğunu, amma özfəaliyyət müğənnilərin efirlərdə yuxarı başa keçirildiyini təəssüf hissi ilə bildirib:

“Mən 100 manatlıq, 50 manatlıq toylara getmədim. Bildim ki, mənlik deyil. Şəxsiyyətimə uyğun deyil. Ya məni o toylarda döyəcəklər, ya da mən kimisə döyəcəm. Məndə alınmır, ucuz, bayağı mahnılar mənlik deyil.

Üzərimdə işlədim və qazandığım pulları da sənətimə qoydum. Çoxları bilir ki, mənim ifa etdiyim mahnıların 80 faizi peşəkar musiqilərdən ibarətdir. Bu gün də dövlət tədbirlərində çıxış edirəm, həmişə də canlı oxuyuram.

Mənə heç kim dəstək olmayıb, hər şeyi öz gücümə etmişəm. Bizi efirlərə çağırmadılar, yaxşı müğənnilər itib-batdılar. Mən bu atmosferin adamı deyiləm.

Açıram televizoru, verilişlərdə özfəaliyyət baş alıb gedir, biabırçılıqdır. Ağsaqqalı da oxuya bilmir, qarasaqqalı da… Heç olmasa, yaxşı oxuyanlar var, onları verilişlərə çağırın”.

Mənbə: yenicag.az