83 yaşında ata olmağa hazırlaşan Al Paçino sevgilisindən DNT testi istəyir

83 yaşında ata olmağa hazırlaşan Al Paçino sevgilisindən  DNT testi istəyir<span class="qirmizi"></span>

83 yaşlı Al Paçino bu həftə 29 yaşlı sevgilisi Noor Alfallahın 8 aylıq hamilə olduğunu və uşaq gözlədiyini elan edərək dünyanı şoka salıb.

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Paçino və Alfallahın münasibətləri və hamiləliyi ilə bağlı yeni iddialar irəli sürülüb. Paçino sevgilisindən DNT testi tələb edir.

Ustad aktyorun da Nur Əlfallahla münasibətlərinin artıq bitdiyinə dair yeni iddialar ortaya atılıb.

Qeyd edək ki, Paçino və Alfallaha yaxın bir mənbə ötən gün Daily Mail-ə açıqlama verərək, "bir-birini çox sevən" cütlüyün hamiləlikdən çox xoşbəxt olduğunu iddia etmişdi. Cütlüyə yaxın mənbələr də Alfallahın "sərvət ovçusu" olması ilə bağlı iddiaları inkar edib və onun illərdir uşaq istədiyini bildirib.

Mənbə: manset.az