Rihanna Amerikanın ən zəngin qadınlarından biri oldu

Rihanna Amerikanın ən zəngin qadınlarından biri oldu<span class="qirmizi"></span>

“Forbes” jurnalı bu dəfə Amerikanın ən zəngin qadınlarının siyahısını açıqlayıb.

Pravda.az xəbər verir ki, siyahıda məşhurlardan Rihanna da yer alıb.

Rihanna öz gəlirinə görə 20-ci yerdə qərarlaşıb.

Gözəllik markası “Fenty Beauty”nin və alt paltarı markası “SavageX Fenty”nin sahibi olan müğənni 1,4 milyard dollar qazancı ilə dünyanın ən varlı qadınları siyahısındadır.

Aytəkin Qardaşova

Mənbə: pravda.az