"O adamlara buradan çağırış edirəm: Mənə pul borcu olan adam, pulumu ver, verməsən adını burada çəkəcəm, səni kənddə biabr edəcəm!".
Bu sözləri müğənni Yusif Mustafayev deyib.
"Həmin Zaur" proqramına qonaq olan ifaçı 8-10 dostunun ona xeyli borcu olduğunu bildirib:
"Əl tuturam, neyləyim? Bir yaxın dostum var, 2010-cu ildə gəldi ki, 2000 AZN ver balamın toyunu edim. Verməsəm də pis oluram, verdim də pis oldum. İndi ala bilmirəm. Məndə siyahı var. Buradan çağırış edirəm mənim pulumu gətirin. Borcu olanlar 8-10 nəfərdirlər. Məbləğləri də çox yüksəkdir. Birinə 60 000 AZN verdim. Ondan mənə cəmi 2 100 AZN qaytarıb. Xoşum gəlmir dövlətə şikayət edim".
Daha sonra müğənni ümumilikdə dostlarının ona 120 000 AZN-dən çox borcu olduğunu bildirib.
Ətraflı videoda:
Mənbə: baku.ws