"O öldü, mənsə iflic keçirtdim, ikimiz də unudulduq"

"O öldü, mənsə iflic keçirtdim, ikimiz də unudulduq"<span class="qirmizi"></span>

Məşhur aktrisa Şeron Stoun iflic keçirdikdən sonra Hollivuddakı karyerasının bitməsindən danışıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, aktrisa bir zamanlar ulduz olsa da, xəstəliyin bunu əlindən aldığını deyib:

"20 il bundan əvvəl iflic oldum və Hollivud məni görməzdən gəldi. Beyin qanaxması səbəbindən 2001-ci ildə xəstəxanaya yerləşdirildim. 2 il ekranlardan kənarda qalıb. Daha sonra bu illər artmağa başladı. 7 ildir yaxşıyam, amma o vaxtdan bir işim yoxdur. O vaxt bunu gizli saxlamağa çalışmışdım. Çünki sənin haqqında tərs gedən nələrsə olarsa, kənarda qalacaqsan. Elə də oldu. 20 ildir yoxam. Həyatımın bir nöqtəsində həqiqətən kino ulduzu idim. Çox bəyənilirdim. Sanki yalnız Şahzadə Diana ilə mən ulduz idik. Sonra o öldü, mənsə iflic keçirtdim. İkimiz də unudulduq".

Mənbə: news.milli.az