"Qızımın məzarını hazırlatmışdım" - Məşhur müğənnidən ŞOK ETİRAF

"Qızımın məzarını hazırlatmışdım" - Məşhur müğənnidən ŞOK ETİRAF<span class="qirmizi"></span>

Türkiyəli müğənni Sinan Özən 3 yaşındakı qızı Nevanın yeddinci əməliyyatından əvvəl yaşadıqlarından danışıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçi "2sayfa" verilişində qızının məzarını hazırlatdığını açıqlayıb:

"Qızım Neva 1,1 kiloqram idi. Yeddi dəfə əməliyyat olundu. Həkimlərlə danışdıqdan sonra qızımın məzarlıqdakı yerini hazırlatmışdım. Amma məndən xəbər gözləmələrini istəmişdim. Bunu həyat yoldaşım belə bilmir, indi öyrənəcək".

Qeyd edək ki, sənətçinin qızı bağırsaq problemlərindən əziyyət çəkirdi. Körpə artıq həyatı riskini geridə qoyub.

Milli.Az

Mənbə: news.milli.az